"Qarabağ" - "Fiorentina" oyunu xorvatiyalıya tapşırıldı
Avropa Liqasının qrup mərhələsində sonuncu turun "Qarabağ" - "Fiorentina" matçının hakimi müəyyənləşib. Dekabrın 8-də Bakıda keçiriləcək oyun Xorvatiya Futbol Federasiyasından İvan Bebekə həvalə olunub. Ona Tomislav Petroviç və Miro Grgiç kömək edəcək. Dördüncü hakim funksiyasının Qoran Pataki yerinə yetirəcək. Xatırladaq ki ,"Qarabağ" - "Fiorentina" görüşü dekabrın 8-i, Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.