"Qarabağ" Florensiyada xalsız qaldı

Bu gün UEFA Avropa Liqasında 2-ci turun görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi - "Qarabağ" İtaliyada "Fiorentina" ilə üz-üzə gələcək.

İlk oyunda son anda məğlubiyyətdən xilas olan Ağdam təmsilçisi bu dəfə daha ciddi sınaq qarşısındadır. Qurban Qurbanovun komandası Florensiyadan, ən azı, 1 xalla qayıtmaq niyyətindədir. Yunanıstan səfərində qələbə qazana bilməyən "bənövşəyilər" isə doğma meydanda azarkeşlərini sevindirmək arzusundadırlar.

Qrupun digər matçında "Slovan" PAOK-la qarşılaşacaq.


29 sentyabr 2016
Avropa Liqası, 2-ci tur
"J" qrupu

“Fiorentina” - “Qarabağ” - 5:1
QOLLAR:
Babakar, 39 (1:0); Kaliçin, 43 (2:0); Babakar, 45+2 (3:0); Zarate, 63 (4:0); Zarate, 75 (5:0); Ndlovu, 90+2 (5:1)
QIRMIZI VƏRƏQƏ: Elvin Yunuszadə, 30 ("Qarabağ")

Baş hakim: Oliver Draxta
Baş hakimin köməkçiləri: Roland Brandner, Stefan Kühr
Dördüncü hakim: Roland Ridel
Əlavə köməkçi hakimlər: Manuel Şuttenqruber, Diter Makenhammer (hamısı Avstriya)
Hakim-inspektor: Mihael Arquro (Kipr)
UEFA nümayəndəsi: Eduard Dervişay (İspaniya)
Florensiya. “Artemio Franki” stadionu

“Fiorentina”: 12. Çiprianu Tataruşanu, 4. Sebastian De Mayo, 6. Karlos Sançes, 9. Nikola Kaliniç, 10. Federiko Bernardeşi, 15. Maksimiliano Oliviera, 16. Kristian Tello, 18. Karlos Salsedo, 19. Sebastian Kristofor, 30. Xouma Babakar, 40. Nenad Tomoviç

Ehtiyat oyunçular: 1. Luka Lezzerini, 5. Milan Badeli, 7. Mauro Zarate, 8. Matias Veçino, 20. Borxa Valero, 25. Federiko Kyeza, 31. Xrvoye Milik

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Miçel, 9. Reynaldo, 14. Rəşad Sadıqov, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Kintana

Ehtiyat oyunçular: 1. Biyan Şaronov, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarrem Muarrem, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

"Slovan" - PAOK - 1:2
QOLLAR:
Komliçenko, 1 (1:0); Atanasiadis, 10/p. (1:1); Atanasiadis, 82 (1:2)

Таблицы представлены Sofascore LiveScore