"Qarabağ" Gürcüstana gedir
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia"nın qonağı olacaq "Qarabağ" bu gün Gürcüstana səfər edəcək. SportLine.az xəbər verir ki, Ağdam klubu sərnişin reysi ilə Tiflisə yola düşəcək.
Sabah “Qarabağ”ın oyunun keçiriləcəyi Tiflisdəki Boris Payçadze adına stadionda məşqi nəzərdə tutulub.
Xatırladaq ki, bu komandaların ilk matçında Ağdam klubu 5:0 hesabı ilə qalib gəlib.