"Qarabağ" hazırlığa iki oyunla yekun vurur
"Qarabağ" futbol klubu bu gün Antalyadakı təlim-məşq toplanışını yekunlaşdıracaq. SportLine.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri son hazırlıq günündə daha iki yoxlama görüşü keçirəcəklər.
"Köhlən atlar" əvvəlcə “Admira Uaker” klubu ilə üz-üzə gələcək. Bu oyun Bakı vaxtı 18:15-də başlayacaq.
Ağdam təsmilçisi daha sonra Polşanın "Yaqelloniya" klubu ilə qarşılaşacaq. Həmin görüşün start fiti Bakı vaxtı ilə saat 20:15-də veriləcək.
Qeyd edək ki, “Qarabağ” ilk yoxlama oyununda Almaniyanın regional liqa təmsilçisi "Rot-Vays" klubuna 1:0, Macarıstanın "Dioşqyor" klubuna isə 4:0 hesabı ilə qalib gəlib.