"Qarabağ" ilin ilk qələbəsini qazandı
Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisi Almaniyanın "Rot-Vays Essen" komandası ilə qarşılaşıb. Görüş Qurban Qurbanovun yetirmələrinin qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu Çumbinyo vurub.
16 yanvar 2016
Yoxlama oyunu
"Qarabağ" (Azərbaycan) - "Rot-Vays" (Almaniya) - 1:0
Qol:Çumbinyo, 45 (1:0)