"Qarabağ" ukraynalı futbolçunun transferini rəsmiləşdirdi

2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” ilk əcnəbi transferini reallaşdırıb. Ölkə çempionu ukraynalı qapıçı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalayıb. Qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub. Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan qolkiper daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.