"Qarabağ" ilk oyununa çıxır
Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxacaq. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisi Almaniyanın "Rot-Vays Essen" komandası ilə qarşılaşacaq.
Əslində, "köhlən atlar" Təbrizin "Traktor Sazi" klubu ilə görüşməli idilər. Lakin son günlər Türkiyədə ictimai-siyasi mühitdə gərginliyin yaranması Təbriz klubunun planlarını dəyişib. Bundan sonra "Qarabağ" "Regionalliqa" təmsilçisi ilə gücünü sınamağa qərar verib.
Qeyd edək ki, “İC Santai” otelinin əsas meydançasında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 19:30-da başlayacaq.