“Qarabağ” – “İnter” oyununun vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasının XX turunun “Qarabağ” – “İnter” görüşünün başlanma saatında dəyişiklik edilib. SportLine.az xəbər verir ki, fevralın 28-də reallaşacaq görüş 18:00-da start götürəcək. 

Öncədən matçın 17:30-da başlaması nəzərdə tutulmuşdu.

Qeyd edək ki, matç Suraxanıdakı “Azərsun Arena”da keçiriləcək.

Banner