"Qarabağ"dan növbəti qələbə

"Qarabağ" - "İnter" - 2:0
QOLLAR:
Reynaldo, 12 (1:0); Muarem, 50 (2:0)
QIRMIZI VƏRƏQƏ: Fuad Bayramov, 75 ("İnter")

***

Topaz Premyer Liqasında bu gün 31-ci tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. 

Çempionatın lideri "Qarabağ" "İnter"i qəbul edəcək. Son turlar qələbələri sıralayan Ağdam təmsilçisi bu dəfə də azarkeşlərini sevindirmək arzusundadır. "Bankirlər" isə 3-cü pillədəki mövqeyini möhkəmlətmək üçün 3 xal qazanmaq niyyətindədir.

22 aprel 2016
TPL, 31-ci tur


19:00. "Qarabağ" - "İnter"
Hakimlər:
Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Xaqani Məmmədov
Suraxanı qəsəbə stadionu

Banner