"Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim etdi
UEFA Çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ" iştirak ərizəsini ali futbol qurumuna təqdim edib. SportLine.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, Qurban Qurbanov II təsnifat mərhələsi üçün 25 futbolçu sifariş edib:
Qapıçılar: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 13. İbrahim Şehiç, 94. Məmməd Hüseynov
Müdafiəçilər: 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 8. Migel Madera, 17. Donald Gerryer, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Elşən Abdullayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Hücumçular: 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 44. Ağabala Ramazanov
Qeyd edək ki, Ağdam təmsilçisi mərhələ adlayacağı təqdirdə daha bir futbolçu sifariş edə bilər.