"Qarabağ" məğlub oldu

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən "Qarabağ" ilk görüşünü səfərdə keçirəcək. Ağdam təmsilçisi "Göteborq"un qonağı olacaq.

Qurban Qurbanovun komandası Vətənə sərfəli nəticə ilə dönmək haqda düşünür. İsveçlilər isə doğma azarkeşlər önündə qələbə qazanmaq niyyətindədirlər.

Bakı vaxtı ilə saat 21:00-da başlanacaq qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək. Oyun AzTV vasitəsilə canlı yayımlanacaq.


18 avqust 2016
Avropa Liqası, pley-off
İlk oyun

“Göteborq” (İsveç) - “Qarabağ” - 1:0
QOL:
Albaek, 56 (1:0)

Baş hakim: Pavel Raçkovski
Baş hakimin köməkçiləri: Radoslav Sneyka, Mihal Obukoviç
Dördüncü hakim: Tomaş Kvyatkovski (hamısı Polşa)
Hakim-inspektor: Bosko Yovanetiiç (Serbiya)
UEFA nümayəndəsi: Trevor Lloyd Hyuz (Uels)
Höteborq. “Qamla Ullevi” stadionu

“Göteborq”: 1. Alvbeyc, 2. Salomonsson, 3. Yamieson, 7. Albaek, 8. Riks, 9. Ankersen, 10. Hisen, 16. Boman, 24. Petterson, 28. Ronye, 30. Byarsmir (k)

Ehtiyat oyunçular: 12. Pontus Dalberg, 11. Martin Smedbeg, 13. Elias Omarsson, 14. Hyallmar Yonsson, 18. Lauson Sabah, 22. Adam Yohansson, 27. Billi Nordström
 
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 67. Əl Hərbi Əl Jadeyui