"Qarabağ" - "Kəpəz" duelində qalib müəyyənləşmədi
Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bakıda olan “Kəpəz”in əvəzedici heyəti ilk yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, Gəncə təmsilçisi “Qarabağ”ın əvəzedici heyəti ilə qarşılaşıb.
Oyun qolsuz heç-heçə ilə nəticələnib – 0:0.
“Kəpəz” paytaxtda daha iki yoxlama görüşü keçirəcək. İyulun 17-də “Qəbələ”nin, ayın 20-də isə “Zirə”nin əvəzedici heyətləri rəqib olacaq.