"Qarabağ" Macarıstanda tək qalmayacaq

"Qarabağ"ı Budapeştdə "Ferensvaroş"a qarşı Çempionlar Liqasının pley-off matçında azarkeşsiz qalmayacaq.

Sportline.az xəbər verir ki, komandamızı 400-ə yaxın həmyerlimizin dəstəkləyəcəyi gözlənilir.

Oyun saatınadək bu sayın artacağı da istisna edilmir.

Qeyd edək ki, "Ferensvaroş" - "Qarabağ" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.