"Qarabağ" "Mançester Yunayted"lə qarşılaşa bilər

UEFA Avropa Liqasının 1/16 final mərhələsində mübarizə aparacaq daha 8 komandanın adı müəyyənləşib. SportLine.az xəbər verir ki, bunlar Çempionlar Liqasında mübarizəni 3-cü pillədə başa vuranlardır. Həmin komandalar UEFA reytinqinə əsasən iki yerə bölünüb: onların 4-ü səpələnmişlər, 4-ü isə səpələnməmişlər səbətində yer alıb.

Səpələnmişlər: “Porto", "Olimpiakos", "Mançester Yunayted", "Bayer Leverkuzen"
Səpələnməmişlər: "Sevilya", "Valensiya", "Qalatasaray", "Şaxtyor"

Avropa Liqasının qrup mərhələsində lider olacaq komandalar səpələnmişlərə, ikinci pillənin sahibləri isə səpələnməmişlərə qoşulacaq. Bu isə o deməkdir ki, "Qarabağ" növbəti mərhələyə yüksəlsə, "Qalatasaray"la eyni səbətdə yer alacaq. Ağdam klubunun potensial rəqibləri arasında isə “Porto”, “Olimpiakos”, “Mançester Yunayted” və “Bayer Leverkuzen”, eləcə də, artıq zirvəni təmin edən "Napoli" və "Latsio" da var.