"Qarabağ" Moldovaya yollanır
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif"in qonağı olacaq "Qarabağ" bu gün Moldovaya səfər edəcək. SportLine.az xəbər verir ki, komanda saat 18.00-da çarter reysi ilə Tiraspola yola düşəcək.
"Köhlən atlar" sabah oyunun keçiriləcəyi stadionda son məşqinə çıxacaq.
"Şerfi" - "Qarabağ" matçının start fiti avqustun 1-i, Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.
Xatırladaq ki, bu komandaların Bakıda oynanılan ilk görüşündə hesab açılmayıb.