"Qarabağ" - "Neftçi" oyununun vaxtı açıqlandı
Topaz Premyer Liqanın 3-cü turunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyununun başlama saatı müəyyənləşib.
SportLine.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"da keçiriləcək qarşılaşma avqustun 21-də, saat 20:45-də başlayacaq.
"Qarabağ"ın ev oyunlarını keçirdiyi "Azərsun Arena"nın ot örtüyündə yeniləmə işləri aparıldığına görə, qarşılaşma "Əlincə Arena"da keçiriləcək.
21 avqust
20:45. "Qarabağ" - "Neftçi"
Masazır qəsəbəsi, "Əlincə Arena"