"Qarabağ"dan növbəti qələbə
"Neftçi" - "Qarabağ" - 1:2
QOLLAR: Dani, 56 (0:1); Reynaldo, 73 (0:2); Aylton, 75 (1:2)
***
Bu gün Topaz Premyer Liqasında 30-cu turun daha iki oyunu keçiriləcək.
SportLine.az xəbər verir ki, turun mərkəzi oyunu paytaxtda olacaq. Əzəli rəqiblər - "Neftçi" və "Qarabağ" "8-ci km stadionu"nda münasibətlərə aydınlıq gətirəcəklər.
Turnir cədvəlinin zirvəsində qərarlaşan Ağdam təmsilçisi qələbə qazanmaqla çempionluğa bir qədər də yaxınlaşmaq, "ağ-qaralar" isə uğursuz turnir cədvəlindəki vəziyyəti yaxşılaşdırmaq niyyətindədir.
16 aprel 2016
TPL, 30-cu tur
16:00. “Neftçi” – “Qarabağ”
Cari mövsümdəki oyunlar: 1:1, 1:0, 0:2
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Rövşən Əhmədov
8-ci km qəsəbə stadionu