"Qarabağ" oyunqabağı məşqdə

"Qarabağ" Çempionlar liqasının II təsnifat mərhələsinin cavab matçında sabah səfərdə Gürcüstanın "Samtredia" klubunun qonağı olacaq. Sportline.az klubun saytına istinadən xəbər verir ki, ölkə çempionu  bu gün qarşılaşmanın keçiriləcəyi Boris Payçadze adına stadionda oyun öncəsi son məşqinə çıxıb.