"Qarabağ" - PAOK matçının hakimləri açıqlandı

UEFA Avropa Liqasının 3-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - PAOK oyununun hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, qarşılaşma İsraildən olan ədalət təmsilçilərinə həvalə edilib.

Matçı Alon Yefet idarə edəcək. Ona Danni Krasikov və Nissan Davidi kömək edəcək. Dördüncü hakim Kiril Balikin olacaq.

20 oktyabr 2016
Avropa Liqası, 3-cü tur
"J" qrupu

21:00.  “Qarabağ” - PAOK (Yunanıstan)

Baş hakim: Alon Yefet
Baş hakimin köməkçiləri: Danni Krasikov, Nissan Davidi
Əkavə köməkçi hakimlər: Rua Reinşreyber, Ziv Adler
Dördüncü hakim: Kiril Balikin  (hamısı İsrail)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Rudolf Mannaerts (Belçika)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

ƏLİYAR AĞAYEV AVROLİQADA HANSI MATÇI İDARƏ EDƏCƏK?