"Qarabağ" - "Qəbələ" finalının hakimləri bəlli oldu
Azərbaycan kubokunun finalını idarə edəcək hakimlər briqadası müəyyənləşib. SportLine.az xəbər verir ki, mayın 5-i, "Qarabağ"la "Qəbələ" arasında keçiriləcək həlledici matç FİFA referisi Fariz Yusifova tapşırılıb.
Onun köməkçiləri Vaqif Musayevlə Namiq Hüseynov olacaq. Dördüncü hakim funksiyasını Əliyar Ağayev icra edəcək.
Qeyd edək ki, Naxçıvanda oynanılacaq görüşün start fiti 16:00-da səslənəcək.