"Qarabağ" - "Qəbələ" görüşü ilə bağlı qərar verildi

PFL Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyununu təxirə salıb.

Sportline.az xəbər verir ki, “Qarabağ”ın heyətində 7 futbolçu COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün görüş 06.12.2020 tarixdə baş tutmayacaq.

Beləliklə, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınır.

Turun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.