"Qarabağ" - "Roma" görüşünə giriş sərbəst olacaq
Azərbaycanlı azarkeşlər "Qarabağ"ın "Roma" ilə matçını pulsuz izləmək fürsəti qazanıb. Sportline.az xəbər verir ki, Klubdan Sport7.az-a verilən məlumata görə, sentyabrın 27-də baş tutacaq "Qarabağ" - "Roma" matçına giriş pulsuz olacaq. Yəni, UEFA Gənclər Liqasında baş tutacaq "Qarabağ"la "Roma"nın 19 yaşlılardan ibarət komandalarının görüşünə bilet satılmayacaq.
Beləcə futbolsevərlər gələcəyin ulduzlarını canlı şəkildə izləmək fürsəti əldə edəcəklər. Hər halda, bu görüş əsas komandaların qarşılaşmasından marağına görə heç də geri qalmayacaq.
Gənclər Liqasının C qrupu çərçivəsində, "Azərsun Arena"da baş tutacaq "Qarabağ" - "Roma" matçının start fiti saat 12.00-da səsləndiriləcək.