"Qarabağ" - "Samtredia" matçının biletləri satışa çıxır
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Samtredia" oyununun biletləri sabah satışa çıxacaq. SportLine.az xəbər verir ki, qiymətlər sektorlardan asılı olaraq dəyişəcək:
Sektorlar üzrə - 1; 3 və 5 AZN
VİP - 30 AZN
Qeyd edək ki, iyulun 11-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" və "Samtredia" komandaları arasında görüş saat 21:00-da başlanacaq.