"Qarabağ" - "Samtredia" matçının biletləri satışa çıxır

Çempionlar Liqasının II təsnifat mərhələsində “Samterdia” ilə qarşılaşacaq “Qarabağ” oyun üçün biletlərin satış tarixini açıqlayıb. SportLine.az saytının məlumatına görə, Ağdam təmsilçisinin  Facebook səhifəsində paylaşılan məlumatda azarkeşlərin iyulun 7-dən etibarən biletləri ala biləcəyi bildirilib.

Qeyd edək ki, “Qarabağ” – “Samtredia” matçı iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 21:00-da start götürəcək.