"Qarabağ" - "Samtredia" oyunu canlı yayımlanacaq
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Samtredia" matçı canlı yayımla təqdim olunacaq. SportLine.az xəbər verir ki, futbolsevərlər oyunu "İdman Azərbaycan" telekanalı vasitəsilə izləyə biləcəklər.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Samtredia” matçı saat 21:00-da start götürəcək.