“Qarabağ” - "Samtredia" oyununa nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Samtredia" matçına bilet satışı davam edir. SportLine.az xəbər verir ki, oyuna bir gün qalmış 9000 bilet sahibini tapıb.

Qeyd edək ki, "Qarabağ" – “Samtredia" matçı iyulun 11-də keçiriləcək və saat 21:00-da start götürəcək.