"Qarabağ" - "Şelburn" görüşünə azarkeş marağı

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”la İrlandiyanın “Şelburn” komandaları arasında keçiriləcək cavab matçına bilet satışı davam edir.

Sportline.az xəbər verir ki, hazırkı vaxta olan məlumata əsasən, oyuna 11 min bilet satılıb. 

Matç gününə qədər bu sayın daha da artacağı gözlənilir.

Xatırladaq ki, “Qarabağ” ilk görüşdə 3:0 hesablı qələbə qazanıb.

Cavab oyunu iyulun 30-u Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qarşılaşma saat 20:00-da başlanacaq.