"Qarabağ" qələbə ilə növbəti mərhələdə

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi - "Qarabağ" cavab oyununa səfərdə çıxacaq. Tiflisdə oynanılacaq qarşılaşmada rəqib "Samtredia" olacaq.

İlk matçda 5 cavasız qolla qalib gələn Ağdam təmsilçi növbəti mərhələnin bir addımlığındadır. Gürcüstan çempionu azarkeşlərini sevindirmək, "köhlən atlar" reytinq xalı qazanmaq üçün qələbə əldə etməlidir.

Bakı vaxtı ilə saat 21:00-da başlanacaq qarşılaşmada ədaləti Serbiyadan Srcan Yovanoviç qoruyacaq.


18 iyul 2017
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu

"Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) - 0:1
QOL: Gerye, 22 (0:1)

Baş hakim: Srcan Yovanoviç
Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mihayloviç
Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)
UEFA nümayəndəsi: Pol Daniel Zaharia (Rumıniya)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
Tiflis. Boris Payçadze adına “Dinamo Arena”
İlk oyun – 0:5