"Qarabağ" - "Tottenhem" matçı yunanlara tapşırıldı

UEFA Avropa Liqasının 5-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Tottenhem" görüşünün hakimləri bəlli olub. SportLine.az xəbər verir ki, oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmada əsas söz sahibi Anastasios Sidiropulos olacaq. Ona Damianos Eftimiadis və Polkronis Kostaras kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lazaros Dimitriadis yerinə yetirəcək. Əlavə hakim köməkçiləri isə Mixael Kukulakis və Stavros Tritsonis olacaqlar.

UEFA nümayəndəsi kimi Bakıya avstriyalı Kristian Mutşler gələcək. Qarşılaşmanın hakim-inspektoru rusiyalı Yuri Baskakov olacaq.