"Qarabağ" - "Tottenhem" matçına nə qədər bilet satılıb?
Bu gün UEFA Avropa Liqasının 5-ci turu çərçivəsində "Qarabağ" "Tottenhem"i qəbul edəcək. SportLine.az xəbər verir ki, oyuna maraq kifayət qədərdir. Klubun mətbuat xidmətindən verilən məlumatda artıq 20 min biletin öz sahibini tapdığı bildirilir. Matçın başlayacağı vaxta qədər digər biletlərin də satılacağı gözlənilir.
Xatırladaq ki, "Qarabağ" - "Tottenhem" matçının start fiti saat 22:00-da səslənəcək.