"Qarabağ" üçün daha bir xoş xəbər
"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino "Qarabağ"la oyunda komandanın lideri Harri Keynə də istirahət verəcək. SportLine.az xəbər verir ki, bu haqda İngiltərə mətbuatında məlumatlar dolaşır. Argentinalı mütəxəssisin 22 yaşlı hücumçunu noyabrın 29-da Çelsi ilə oyun üçün qoruduğu bildirilir. Bununla belə, "Tottenhem"in əsas qol silahının ilk qarşılaşmada olduğu kimi, oyunun gedişində meydana çıxacağı da istisna deyil. Xatırladaq ki, londonlular Nabil Bentaleb, Naser Çadli, Aleks Pritkard, Erik Lamela, Danni Rouz, Keyl Uolker və Musa Dembele kimi futbolçuları da Bakıya gətirməyiblər. "Qarabağ" - "Tottenhem" matçının start fiti bu gün saat 22-00-da Tofiq Bəhramov adına respublika stadionunda səslənəcək.