"Qarabağ" üçün tarixi imkan

Bu gün Avropa Liqasında son turun görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən "Qarabağ" həlledici matçına çıxacaq. 

"Anderlext"in qonağı olacaq Qurban Qurbanovun yetirmələri  tarixində ilk dəfə qrup mərhələsini adlaya bilərlər. Bunun üçün Ağdam təmsilçisi Belçikada qələbə qazanmalı, eyni zamanda "Monako" da "Tottenhem"lə görüşdə xal itirməlidir. "Knyazlar"ın London səfərində qalib gələcəyi inandırıcı görünmür. Buna görə, "Köhlən atlar" "Anderlext"lə ilk görüşdəki uğuru təkrarlamaqla 1/16 final mərhələsinə yüksəlmək imkanı əldə edəcəklər. Lakin revanş arzusunda  olan belçikalılarla qarşılaşmada bu vəzifənin öhdəsindən gəlmək, heç də asan olmayacaq.

10 dekabr 2015
Avropa Liqası, 6-cı tur


00:05. "Anderlext" - "Qarabağ"

Brüssel, "Konstant Vanden Stok"

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

00:05. "Tottenhem" - "Monako"
London, "Uayt Hart Leyn"

Baş hakim: İvan Bebek (Xorvatiya)

1. Tottenhem  5 3 1 1 8:5 10

      

2. Anderlext 5 2 1 2 6:5 7

      

3. Monako 5 1 3 1 4:5 6

      

4. Qarabağ 5 1 1 3 3:6 4