Konfrans Liqası: "Qarabağ" "Aşdod"la bacarmadı, "Keşlə" "Soçi"yə uduzdu

Bu gün daha 2 klubumuz Konfrans Liqasında mübarizəyə başlayıb.

Sportline.az xəbər verir ki, 2-ci təsnifat mərhələsində "Qarabağ" evdə İsrail "Aşdod"u ilə üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə başa çatıb. 

"Keşlə" isə səfərdə Rusiyanın "Soçi" klubu ilə qarşılaşıb və böyük hesabla uduzub - 0:3. 

Bu, adları çəkilən iki klubumuzun yeni yaradılan və bu mövsümdən keçirilməyə başlayan Konfrans Liqasında ilk oyunları olub.


22 iyul

UEFA Konfrans Liqası

20:00. "Qarabağ"(Azərbaycan) - "Aşdod" (İsrail) - 0:0
Qırmızı vərəqə:
 Maksim Medvedev, 83 ("Qarabağ")
Baş hakim: Sergey Boyko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

20:00. "Soçi" (Rusiya) - "Keşlə" (Azərbaycan) - 3:0
Qollar:
 Rodriqo, 10, Noboa, 66, Barsov, 81
Baş hakim: Enea Yorci (Albaniya)
Soçi. "Fişt" stadionu

21 iyul

“Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan) - 0:0