"Qarabağ" yeni futbolçular alacaq
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl komandasının bu mövsümkü çıxışı ilə bağlı fikirlərini bildirib. Bu gün jurnalistlərə açıqlamasında o, Ağdam klubunun bu il də çempion olacağına inandığını söyləyib. Deyib ki, “Qarabağ”ın Çempionlar Liqasının qrupunda oynaması onun arzusudur: “Amma onu da başa düşürük ki, bu, çətin olacaq. Çünki Dani Kintana zədə alıb, Reynaldo isə daha bizim oyunçu deyil”. Tahir Gözəl bildirib ki, ÇL-in qrupuna düşmək üçün komandası güclənməlidir: “Biz bunu gözəl başa düşürük. Düzdür, bizim də müəyyən çətinliklərimiz var. Amma Qurban Qurbanov kimi istəsə, alacağıq”. (qol.az)