"Qarabağ" "Zenit"i məğlub etdi
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib dördqat Rusiya çempionu "Zenit" olub.
Qarşılaşmanın taleyini bir qol həll edib. Rahid Əmirquliyevin 81-ci dəqiqədə vurduğu qol "Qarabağ"a qələbə qazandırıb.