“Qarabağ” - “Zirə” matçında qalib müəyyənləşməyib

"Qarabağ" Azərbaycan Premyer Liqasında heç-heçə edib.

Sportline.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda "Zirə" ilə üz-üzə gəlib

"Azersun Arena"dakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. 

39-cu dəqiqədə Ruan Renato "qartallar"ı hesabda önə keçirib. 81-ci dəqiqədə meydan sahiblərindən Kadi Borges tarazlığı bərpa edib.

Xallarının sayını 8-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. Ağdam klubu 4 xalla hələlik beşinci sıradadır. 

Günün ilk görüşündə "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib. 

Qeyd edək ki, tura sentyabrın 14-də yekun vurulacaq.