"Qarabağ"da yeni futbolçu
|
"Qarabağ" heyətinə yeni futbolçu qatacaq. Sportline.az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu "İnter"in futbolçusu Abbas Hüseynovun transferinə hazırlaşır. Çempion bir müddət əvvəl danışıqlara başladığı 22 yaşlı müdafiəçi ilə razılıq əldə edib. Tərəflər arasında 2 illik müqavilə imzalanacaq. Qeyd edək ki, millimizə də dəvət olunan A.Hüseynov cari mövsüm "İnter"in heyətində 16 oyuna çıxıb və 1 qol vurub. |