"Qarabağ"ın "Aşdod"la oyun üçün heyəti açıqlandı

“Qarabağ”ın Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Aşdod”la (İsrail) oyunlar üçün iştirak ərizəsi açıqlanıb.

Sportline.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun sərəncamında 23 futbolçu olacaq. Onlardan beşi B siyahısında göstərilib. A siyahısında isə 18 futbolçu yer alıb.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 11. Xayme Romero, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Malinovski;

Hücumçu: 77. Ramil Şeydayev.

B siyahı: 94. Ayhan Arazlı, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 27. Toral Bayramov, 83. Nihad Quliyev.

Qeyd edək ki, “Qarabağ”ın “Aşdod”la ilk oyunu iyulun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Cavab qarşılaşması isə ayın 29-da İsraildə keçiriləcək.