"Qarabağ"ın Avstriya toplanışında 9-cu gün

"Qarabağ" Avstriya toplanışının 9-cu gününü də arxada qoyub. Sportline.az klubun saytına istinadən xəbər verir ki, dünən yerli vaxtla axşam saat 19:00-da (Bakı vaxtı ilə 21:00) start götürən hazırlıq meydanda keçirilib və təxminən 90 dəqiqə davam edib. Sofiya MOİK-i ilə yoxlama matçında daha çox oyunda olan futbolçular ayrı, digər futbolçular isə ayrılıqda olmaqla iki qrup halında hazırlaşıb. İki oyunçu - Riçard Almeyda və Dani Kintana isə fizioterapevt nəzarəti altında çalışmalarını davam etdirib.

Qeyd edək ki, komandanın bu gün üçün iki məşqi nəzərdə tutulub.