"Qarabağ"ın fan-şopunda qış endirimi

“Qarabağ” Futbol Klubu bu gündən rəsmi Fan-şopunda endirim kampaniyasına başlayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, "qış endirimi" kampaniyasında bütün qış kolleksiyasına 30 və 50  faizlik  endirimlə əldə etmək mümkündür.

Qeyd edək ki, “Qarabağ”ın rəsmi fan-şopu Park Bulvarın ikinci mərtəbəsində yerləşir.