"Qarabağ"ın "Ferensvaroş"la oyunlarının başlama saatı bilindi
"Qarabağ"ın UEFA Çempionlar Liqasında "Ferensvaroş"a qarşı keçirəcəyi pley-off oyunlarının başlama saatları açıqlanıb.
Sportline.az xəbər verir ki, avqustun 19-da "Groupama Arena"da keçiriləcək ilk oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Bakıdakı görüş isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Həmin qarşılaşmanın start fiti saat 20:45-də səslənəcək.