"Qarabağ"ın futbolçusu əməliyyat olundu

"Qarabağ"ın zədəli futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.

Sportline.az xəbər verir ki, sol ayağından xəsarət alan müdafiəçi Almaniyada əməliyyat edilib.

Daha əvvəl klubdan verilən açıqlamada Cəfərquliyevin ən azı 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi.

Qeyd edək ki, millimizin də üzvü olan futbolçu "Qarabağ"ın Avstriya toplanışında zədə alıb.