"Qarabağ"ın futbolçusu ən yaxşılar sırasında

Haitidə 2018-ci ildə ölkə xaricində fəaliyyət göstərən ən yaxşı 10 şəxsin siyahısı dərc edilib.

Sportline.az xəbər verir ki, siyahıda "Qarabağ"ın futbolçusu Donald Geryenin də adı var.

Münsiflər Geryeni niyə seçdiklərini bununla əlaqələndiriblər: "Azərbaycan Premyer Liqasında ikinci mövsümdür oynayan Gerye bu ölkədə 2018-ci ilin ən yaxşı əcnəbi futbolçusu seçildi. Mövsümün əvvəlində ona İtaliyadan təklif gəlsə də, futbolçu "Qarabağ"da qalmağı üstün tutdu. Mövsümün sonunda çempion oldu, ölkəyə uyğunlaşma prosesini geridə qoydu. Geryenin də avqustda yaxşı oyununun köməyi ilə "Qarabağ" növbəti dəfə Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazandı".

Qeyd edək ki, Gerye 2017-ci ilin yayından "Qarabağ"ın şərəfini qoruyur.