"Qarabağ"ın futbolçusu milliyə can atır
|
“Yığmanın futbolçusu olmaq qürurvericidir. Milli komandadan dəvət almayanda çox məyus oluram". Bu sözləri “Qarabağ”ın futbolçusu Dino Ndlovu "africanfootball.com"a açıqlamasında deyib. Son vaxtlar milliyə dəvət almayan cənubi afrikalı hücumçu yenidən yığmaya çağırılacağına ümid etdiyini bildirib: "Ötən mövsüm klubda çoxlu qol vursam da, mənə millidən dəvət gəlmədi. Digər futbolçulara verilən şansı mənə vermədilər. Ancaq bu artıq keçmişdə qalıb. İndi mən gözləyirəm. Millinin yeni baş məşqçisinin kim olacağı mənə çox maraqlıdır. Yeni çalışdırıcı mənə etimad göstərsə, yığmada oynamağa hazıram. Çünki millinin formasını geyinmək mənim üçün həmişə şərəfdir”. |