"Qarabağ"ın futbolçusu milliyə dəvət edildi

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç milliyə dəvət alıb. SportLine.az xəbər verir ki, futbolçu Bosniya-Herseqovina seçməsinin DÇ-2018-in təsnifat mərhələsində Cəbəllütariqə və yoldaşlıq matçında Albaniyaya qarşı keçiriləcək oyunlar üçün heyətinə daxil edilib.

Baş məşqçi  Mehmet Bazdareviç ümumilikdə 23 futbolçuya dəvət göndərib. 

Qeyd edək ki, Bosniya və Herseqovina  Cəbəllütariqlə martın 25-də, Albaniya ilə  martın 28-də qarşılaşacaq.