"Qarabağ"ın futbolçusu "Zirə"də

"Zirə" yeni futbolçunu heyətə qatıb.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi Rauf Hüseynli ilə müqavilə bağlayıb.

Müdafiəçi növbəti mövsümün sonuna kimi "Qarabağ"dan icarəyə götürülüb.

Qeyd edək ki, 21 yaşlı futbolçu 2019/20 mövsümündə də icarə əsasında "Zirə"nin şərəfini qoruyub.