"Qarabağ"ın görüşü türklərə tapşırıldı
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Samtredi" matçının hakimləri müəyyənləşib. SportLine.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, qarşılaşmaya Türkiyədən olan briqada təyinat alıb.
Qarşılaşmada ədaləti Mete Kalkavan təmsil edəcək. Ona bu işdə həmyerliləri Esat Sancaktar və Erdem Bayik kömək olacaq. Xəlil Umut Meler isə dördüncü hakim funksiyasını icra etməlidir.
Matçın UEFA nümayəndəsi ingilis Qraham Hover, hakim-inspektor isə moldovalı Vladimir Antonov təyin edilib.
Xatıradaq, “Qarabağ” – “Samtredia” oyunu iyulun 11-də saat 21:00-da başlayacaq. Bu komandaların cavab görüşü iyulun 18-də Tiflisdə keçiriləcək.