"Qarabağ"ın legioneri debüt oyununda qol vurdu
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində hazırda davam edən "Qarabağ" - "Samtredia" matçı daha bir debütlə yadda qalıb. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisinin yeni transferi - Donald Gerryer 77-ci dəqiqədə Əfran İsmayılovun əvəzləyib.
Futbolçu etimadı doğruldub və 83-cü dəqiqədə "Qarabağ"da qol hesabını açıb. Bu, "köhlən atlar"ın oyunda 4-cü qolu olub.