"Qarabağ"ın oyunu avstriyalılara tapşırıldı

UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçiriləcək "Fiorentina" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

Oyunda əsas söz sahibi Oliver Draxta olacaq. Ona Roland Brandner və Stefan Kühr kömək edəcəklər. Matçın 4-cü hakimi funksiyasını Roland Ridel yerinə yetirəcək. Qapı arxasında dayanacaq əlavə köməkçi hakimlər isə Manuel Şüttenqruber və Diter Makenhammer olacaq.

“Artemio Franki” stadionundakı oyunda hakimlərin işinə kiprli Mihael Arquro qiymət verəcək. UEFA nümayəndəsi qismində isə ispaniyalı Eduard Dervişay iş başında olacaq.

Qeyd edək ki, “Fiorentina” – “Qarabağ” matçı sentyabrın 29-da keçiriləcək.