"Qarabağ"ın oyunu canlı yayımlanacaq
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Kukesi" - "Qarabağ" oyunu canlı yayımlanacaq. SportLine.az xəbər verir ki, klubun mətbuat xidməti bu barədə məlumat yayıb.
Xəbərə görə, qarşılaşma CBC Sport vasitəsilə təqdim olunacaq.
Qeyd edək ki, görüşün start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.